Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017
11 Dekabr 2017

18 Noyabr 2017 - 17:50

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.

Gununsesi.info bildirir ki, bu barədə apa-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, T.Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin mətbuat ofisindən yeni xüsusi nümayəndənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcəyi ilə bağlı suala da cavab verilib: “Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi və inkişafı üçün əsas maneə olaraq qalır: “Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını bəyan ediblər. Aİ həmçinin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyir və bu səyləri tamamlayır. Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Avropa Əməkdaşlıq Proqramının icrası da daxil olmaqla, münaqişə boyunca sülh və etimad tədbirlərini təşviq edir”.

Gununsesi.info





loading...