“Aİ-nin Ermənistanı himayə etməsi regionda gərginliyi artırır” -SİYASİ ŞƏRHÇİ

Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb.

Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.

Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq.

Avropa İttifaqı ilə Ermənistan arasında açıqlanan yeni tərəfdaşlıq gündəliyi regionda ciddi rezanans doğurub. Sənədin mahiyyəti iki tərəfli əməkdaşlıqdan ibarət olsa da, burada yer alan Azərbaycana qarşı bəzi ifadələr nəinki siyasi balansı pozur, hətta post-münakişə dövrünün realıqlarını da təhrif edir. Bak ki, bu sənədi təkcə qərəzli yanaşma deyil, həm də sülh gündəliyi ilə birbaşa təhlükə kimi qimətləndirir.

Gununsesi.info bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzunu belə şərh edib:

Avropa İttifaqı əgər həqiqətən sülhdə maraqlıdırsa, proseslərə daha praktik və reallığa uyğun yanaşma sərgiləməlidir. İlk növbədə, Ermənistanın dövlət siyasəti ilə bağlı məsələlərə münasibət bildirməli idi. Çünki Ermənistanda Qarabağa könüllü gedən ermənilərə vətəndaşlıq verilməsi, onların geri qayıtmaması ilə bağlı qərar artıq qəbul olunub. Baş nazir Nikol Paşinyanın da bu istiqamətdə ciddi açıqlamaları mövcuddur.Buna baxmayaraq, Avropa İttifaqının bəzi erməni lobbi mərkəzlərinin birbaşa təsiri ilə bu mövzunu yenidən gündəmə gətirdiyi görünür. Ermənistanı siyasi himayə altına almaq cəhdi isə regionda yenidən düşmənçilik abu-havası yaratmaq riskini artırır “.

 

 

Şəbnəm

Gununsesi.info