Aİ-nin Ukraynaya yardımla bağlı sammitinin tarixi açıqlanıb

  • By ilhame
  • 18 Dekabr 2023 20:21

Fevralın 1-də Ukraynaya 50 milyard avroluq yardımın ayrılması məqsədi ilə 2027-ci ilə qədər Aİ-nin çoxillik büdcəsinin razılaşdırılması və tənzimlənməsi üçün Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

 

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

 

“Fevralın 1-də Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün bir az daha vaxt lazımdır. Bu, Macarıstanı razı salmaq üçün lazımdır”, – Mişel qeyd edib.

 

Gununsesi.info