Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə onun “Twitter” səhifəsində məlumat paylaşılıb.
T.Klaar bildirib ki, fransalı həmkarları ilə birgə səfər etməyi planlaşdırır.
“Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik”, – deyə Aİ rəsmisi qeyd edib.
Gununsesi.info