Aİ-nin xüsusi nümayəndəsi azərbaycanlı girovlardan danışdı

Aİ-nin xüsusi nümayəndəsi azərbaycanlı girovlardan danışdı

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin tutulduğu vaxtdan, 2014-cü ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar trend-ə açıqlamasında deyib.

Onun fikrincə, bu məsələyə daha geniş kontekstdə baxmaq lazımdır:

“Tərəflər humanitar məsələlərin həllində bacarıq nümayiş etdirsəydi, məsələn, bir neçə girovun azad edilməsinə razı olsaydılar, bu, çox faydalı olardı və etimadın möhkəmlənməsinə kömək edərdi. Bu, cəmiyyətlərə və bütün münaqişənin toxunduğu insanlara münaqişə ilə bağlı əsas mövqelərdə kompromisə getmək məcburiyyəti olmadan danışıqlarda iştiraka hazırlığın və irəliləyişin olduğunu göstərərdi. Gürcüstana gəldikdə isə son iki il ərzində bir neçə saxlanılan şəxs azad edilib və bu, heç bir tərəf üçün neqativ nəticələnməyib, əksinə, gələcəkdə etimadın daha da möhkəmləndirilməsinə əsas ola bilər. Ola bilsin ki, bu, Dağlıq Qarabağa münasibətdə də baş versin”.

Gununsesi.info

COMMENTS