Aİ ölkələri liderlərinin sammiti keçiriləcək

  • By admin
  • 28 İyun 2016 13:19

Aİ

 

İyunun 27-də Brüsseldə Böyük Britaniyanın ayrılmasından sonra Avropa ittifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin sammiti keçirəcək. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, iclas iki gün davam edəcək. Əvvəlcə Birləşmiş Krallığın ayrılması planını təqdim etməli olan Devid Kemeron siyasətçilərlə görüşəcək, sonradan danışıqlar onsuz aparılacaq.

Ekspertlərin fikrincə, bundan sonra Avropa ölkələrinin başçıları öz mövqelərini əsaslı şəkildə nəzərdən keçirməlidir. Belə ki, Aİ-nin siyasətindən narazı olan dövlətlərin coğrafiyası sürətlə genişlənir.

Bir çox analitiklər vahid Avropanın birliyinin sarsıldığını düşünürlər. Artıq Finlandiya və Hollandiya da Britaniyanın nümunəsi üzrə referendum keçirmək istəyir.

Gülnaz Qənbərli