Aİ ölkələri limanlarını Rusiya gəmiləri üçün bağladı

  • By admin
  • 18 Aprel 2022 11:59

Avropa İttifaqının bütün ölkələri öz limanlarını Rusiya gəmiləri üçün bağlayıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Aİ-nin ruslara qadağa ilə bağlı direktivi qüvvəyə minib. Bu qadağa Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə şamil edilir”, – Yermak bildirib.

O əlavə edib ki, müəyyən istisnalar var və məhdudiyyət SOS siqnalı (Mayday) göndərən gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərarlar fərdi qaydada qəbul ediləcək.

Gununsesi.info