Aİ Rusiyadan ixrac edilən neft məhsullarına qiymət həddi müəyyən edib

  • By admin
  • 04 Fevral 2023 20:21

Avropa İttifaqı (Aİ) Şurası bu gündən Rusiya mənşəli neft məhsullarının ixrac qiyməti üçün yuxarı həddini təsdiqləyib.

Gununsesi.info bildirir ki, Aİ iki marjinal qiymət müəyyən edib: “Birincisi, xam neftdən baha olan neft məhsullarına, məsələn, dizel yanacağın üçün 100 dollar/barel, ikincisi, xam neftdən ucuz olan mazut kimi daha məhsullar üçün 45 dollar/barel.

Xatırladım ki, Rusiya xam neftinin qiymətinin yuxarı həddi 60 dollar/bareldir və hazırda Urals markalı Rusiya istehsalı olan xam nefin 1 barrelinin dünya bazar qiyməti 50.85 dollar, WTI markalı Amerika xam neftinin qiyməti 73.39 dollar, Brent markalı Britaniya xam neftinin qiyməti 79.94 dollar, Azeri Light markalı Azərbaycan xam neftinin qiyməti 90.67 dollardır”.

Göründüyü kimi, Aİ Rusiyanının xam neftinin qiymət tavanı təbiq edəndən sonra rus nefti amerikan neftindən 1.44 dəfə, Britaniya neftindən 1,57 dəfə, Azərbaycan neftindən isə 1,78 dəfə ucuz satılır ki, bu da Rusiyanın xam neft satışından gəlirlərini xeyli azaldır. Rusiya həmçinin Urals markalı xam neftin aşağı qiymətlə satışında da çətinliklə üzləşir.

Hazırkı qərarla eyni situasiyanın Rusiyanın neft məhsullarının satışında da yaranacağı gözlənilir. Təəssüf ki, eyni yanaşmanı rus qazının satışında tətbiq etmək çətindir.

Afət Abbasova
Gununsesi.info