Aİ Rusiyadan müharibəni dayandırmağı TƏLƏB ETDİ

  • By admin
  • 25 Mart 2022 10:26

Avropa İttifaqına üzv dövlətlər Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı və qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb ediblər.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aİ sammitinin yekun bəyanatında Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət edilməsi tələb olunub.

Aİ-yə üzv ölkələrin liderləri Rusiyanın hərbi əməliyyatlarının beynəlxalq hüququ kobud şəkildə pozduğunu və dinc əhali arasında kütləvi itkilərə və yaralanmalara səbəb olduğunu qeyd ediblər.

“Rusiya mülki əhaliyə, mülki hədəflərə, o cümlədən xəstəxanalar, tibb müəssisələri, məktəblər və sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlər dərhal dayandırılmalıdır”, – Aİ-nin bəyanatında deyilir.
Qeyd olunur ki, “cinayəti törədənlər və onların əlaltıları beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər”, eyni zamanda Mariupol və Ukraynanın digər şəhərlərinin mühasirəyə alınması, habelə Rusiya silahlı qüvvələri tərəfindən humanitar yardımın buraxılmaması qəbuledilməzdir.

Aİ Rusiya qüvvələrini dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz keçidi, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməyə və bütün digər döyüş bölgələrində qalmış mülki şəxslərin təyinat yerinə təhlükəsiz keçməsinə təcili təminat verməyə çağırıb: “Bütün girovları dərhal azad edin, fasiləsiz humanitar çıxışı təmin edin və humanitar dəhlizlər yaradın”.

Gununsesi.info