Aİ Rusiyanın ölümcül zərbə vuracağından narahatdır

Avropa İttifaqı (Aİ) Rusiyanın sentyabrın 2-də ölümcül zərbə vuracağından və “Şimal axını” boru kəməri ilə qazı həmişəlik kəsəcəyindən ehtiyat edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Express”-in analitik nəşri “Thibault Spierle” yazıb.

HTML tutorial

“Rusiya qazı işə salacaqmı? Rusiya ölümcül zərbə vura biləcəyi üçün Aİ qarışıqlıq içindədir. Aİ liderləri Kremlin SP-1-in bağlanmasını daha uzun müddətə və bəlkə də sonuncu müddətə uzada biləcəyindən narahatdırlar”, – nəşr bildirib.

Qeyd olunub ki, yayda “Şimal axını 1” artıq 10 günlük texniki xidmətə bağlanıb və bu, Avropada ciddi gərginlik yaradıb. Bu səbəbdən Avropa ölkələri qaz anbarlarını qəfil və daha sürətlə doldurmağa başlayıblar. İndi Avropada qorxu var ki, sentyabrın 2-dən sonra Rusiyadan tədarük olmayacaq.

Bazar ekspertləri də qeyd ediblər ki, “Şimal axını 1” vasitəsilə tədarükün yekun bağlanması 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Eyni zamanda, Aİ-nin belə böyük kəsiri doldurmaq üçün yetərli təchizat alternativləri olmayacaq.

Gununsesi.info