Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketini təsdiqlədi

  • By admin
  • 08 Aprel 2022 14:45

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar Rusiyaya tətbiq olunan iqtisadi və fərdi sanksiyaların beşinci paketini təsdiq edib.

Gununsesi.info xəbər verir ki, bunu bu gün Avropa Şurası İttifaqı elan edib.

Sanksiyaların beşinci paketinə Rusiya gəmilərinin Aİ limanlarına daxil olması və Rusiyadan kömür tədarükünün qadağan olunması, Rusiyaya kvant kompüterlərinin, yarımkeçiricilərin, aviasiya yanacağının ixracının dayandırılması daxildir.

Bundan başqa, yeni sanksiyalara əsasən, Rusiyanın dörd aparıcı bankının aktivləri dondurulur və əməliyyatları qadağan edilir. Həmin banklarn adları açıqlanmayıb.

Eyni zamanda Rusiya və Belarus hüquqi şəxslərinə əskinasların və qiymətli kağızların satılması qadağan edilir.

Gununsesi.info