Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

  • By admin
  • 21 İyun 2016 15:38

Aİ

 

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay müddətinə uzatdı. Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hərəkətləri ilə bağlı tətbiq etdiyi sanksiyaları daha 6 ay müddətinə uzadıb. Belə bir qərar Aİ-nin Daimi nümayəndələr komitəsinin iclasında qəbul edilib.

Bununla da Rusiyaya qarşı sanksiyalar 31 yanvar 2017-ci ilədək uzadılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə Fransa telekanalların birinə  müsahibəsində Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, sanksiya Rusiyaya yeganə səmərəli təzyiq vasitəsidir və ona görə də sanksiyalrın müddəti uzadılmalıdır.

Gununsesi.info