
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” Aİ diplomatları arasında olan mənbələrə istinadən yazır.
Nəşr Aİ-nin oktyabrın 14-də assosiasiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək planlarından danışıb.
Mənbələrin məlumatına görə, yeni anti-Rusiya sanksiyalar paketi əvvəlki sanksiyalardan yayınma ilə mübarizəni nəzərdə tutur.
Avropalı diplomatlar Aİ-nin İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindən də danışıblar.
Eyni zamanda, “Politico” Almaniyanın xarici işlər naziri Annalena Barbokun görüşdə olmayacağını qeyd edir.