Aİ Şurası Azərbaycanla Ermənistanın münasibətlərini müzakirə edəcək

Avropa İttifaqı Şurası bu gün keçiriləcək iclasında Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək məsələsini müzakirə edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a adı açıqlanmayan yüksək vəzifəli nümayəndə məlumat verib.

 

Onun sözlərinə görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi və İrəvanla Bakı arasında nizamlanma məsələsi də daxildir.

 

Detallar açıqlanmayıb.

 

 

 

Gununsesi.info