Aİ Şurasının prezidenti İlham Əliyevi təbrik etdi

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan liderləri İlham Əliyevi və Nikol Paşinyanı sülh sazişi münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Şurasının sədri X-də yazıb.
“Mən sizi sülh sazişinin sürətlə imzalanması ilə irəliləməyə çağırıram. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində bütün addımları dəstəkləməyə hazırdır”, – deyə o qeyd edib.