Aİ Ukrayna üçün bu kvotaları ləğv edə bilər

  • By admin
  • 28 Aprel 2022 09:47

“Avropa Komissiyası Ukraynanın ixrac məhsularına dair rüsum və kvotaları bir il müddətinə ləğv etməyə, həmçinin antidempinq tariflərini dayandırmağa razılaşıb. İndi Avropa İttifaqı tərəfindən qərar hazırlanır”.

Gununsesi.info “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, müvafiq qərar Ukraynanın iqtisadi fəallığını və milli istehsalı qoruyub saxlaya biləcək.

“Bu gün (dünən-red) mən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə bu təklifin detallarını müzakirə etdim. Şəxsən ona və bütün avropalı dostlarımıza bu addıma görə minnətdaram”, – Zelenski deyib.

Gununsesi.info