İyulun 18-də Avropa İttifaqı ölkələri Ukraynaya 500 milyon avroluq hərbi yardımı təsdiqləmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qərarın bazar ertəsi Aİ xarici işlər nazirlərinin Rusiyaya qarşı yeni sanksiyaların da müzakirə olunacağı qarşıdakı iclasında qəbul ediləcəyi gözlənilir.
Beləliklə, Avropa İttifaqının Ukraynaya hərbi yardımının ümumi məbləği 2,5 milyard avroya çatacaq. Yardım Ukraynaya hərbi texnikanın tədarükünə görə ayrı-ayrı ölkələrin hökumətlərinə kompensasiya verilməsini nəzərdə tutan xüsusi mexanizm çərçivəsində həyata keçirilir.
Gununsesi.info