Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Ukraynanın büdcə çatışmazlığını aradan qaldırmaq üçün dondurulmuş Rusiya aktivlərindən istifadə “ən təsirli yol”dur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, plan çərçivəsində 140 milyard avroluq “təzminat krediti” yaradılacaq və Ukrayna bunu geri qaytaracaq.
Belçika hökuməti hüquqi risklər səbəbindən planla razılaşmır. Fon der Leyen alternativ olaraq Aİ mərkəzi büdcəsindən və ya üzv dövlətlərin birgə vəsait toplamasından istifadə variantlarını da irəli sürüb.
Aİ liderləri dekabr sammitində Ukrayna üçün maliyyələşdirmə planını yekunlaşdırmağı planlaşdırır.
Gülxanım












