Aİ Ukraynaya doqquz milyard avro ayırdı

  • By admin
  • 25 İyun 2022 09:07

“Avropa İttifaqı ölkələri Ukraynaya 9 milyard avro yardım ayırmağa qərar verib”. 

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu cümə günü respublikanın baş naziri Mateuş Moravetski Aİ sammitinin yekunlarına dair brifinqdə deyib.

Ukraynanın bu vəsaitə ehtiyacı olduğunu vurğulayan baş nazir, Ukraynaya 9 milyard avro yardımı təsdiqlədiklərini bəyan edib.

Onun sözlərinə görə, Ukraynanın tibb bacılarına, müəllimlərə, polislərə, sərhədçilərə maaş verməyə vəsaiti yoxdur.

“Bu insanlar nəyəsə görə yaşamalıdırlar”, – Polşanın baş naziri vurğulayıb.

Gununsesi.info