Aİ Ukraynaya ümumilikdə 118 milyard avro yardım edib

Rusiya- Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqı (Aİ) Ukraynaya ümumilikdə 118 milyard avro, o cümlədən hərbi ehtiyaclar üçün 43,5 milyard avro yardım edib.

Gununsesi.info xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbərinin müavini Valdis Dombrovskis deyib:

“Bu günə qədər Avropa İttifaqı və onun üzvləri tərəfindən Ukraynaya göstərilən bütün yardımlar təxminən 118 milyard avro təşkil edir”.

Bildirilib ki, 2024-cü ilin sonuna qədər Aİ ölkələri ildə ən azı 1,4 milyon 155 mm-lik sursat istehsalına başlamaq niyyətindədir.

Sentyabrın 6-da Avropa Komissiyası Ukraynaya ölkənin enerji infrastrukturu üçün nəzərdə tutulan 40 milyon avro məbləğində yeni yardım ayırıb.

Bildirilib ki, bu vəsait “lazımi təmir işlərinin aparılması, elektrik və istilik enerjisinin daimi fəaliyyətinin bərpası” üçün Ukraynaya köçürülüb.

 

Şəbnəm

Gununsesi.info