Aİ üzvü olan ölkə ilə rus oliqarxların çirkli oyunu: Milyonlarla sənəd sızdırıldı

Rusiyalı oliqarxların Ukrayna-Rusiya müharibəsindən sonra aktivlərini Cənubi Kiprə köçürdükləri sənədlərlə üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, ICIJ, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi və “The Guardian” kimi media qurumu da daxil olmaqla bir çox qurum tərəfindən aşkar edilən Kipr məxfi sənədləri e-poçtlar, bank qeydləri, şirkət ərizələri, etibarnamələr və uyğunluq hesabatları daxil olmaqla sızan sənədlərdən ibarətdir.

Ümumi həcmi 1,31 terabayt olan məxfi maliyyə faylları 3,6 milyondan çox sənəd və digər qeydləri təşkil edir və Kiprdə gizli şirkətlər yaradan, idarə edən və siyahıya alan altı dəniz xidmət təminatçısından, eləcə də Kipr şirkətinin məlumatlarına girişi satan şirkətdən qaynaqlanır.

Avropa İttifaqı (Aİ) üzvü olan Kipr uzun müddətdir ki, Aralıq dənizi adasını sərvətlərini öz ölkələrindən və Avropaya köçürmək üçün qapı kimi seçmiş varlı ruslar üçün böyük ofşor maliyyə mərkəzi rolunu oynayır. Sızdırılan sənədlərdə adı keçən şirkətlərin müştəriləri arasında hazırda sanksiyalar altında olan rus oliqarxları da var.

Sənədlərdə açıqlanan təfərrüatı təqdim edirik:

– “PwC Cyprus” və digər məsləhətçilər Rusiyanın ən güclü oliqarxlarından biri olan Aleksey Mordaşova Aİ sanksiyalarına məruz qaldığı gün 1 milyard funt-sterlinq pul köçürməsinə yardım edib. “Guardian”-a transferin Kiprdə “davam edən” cinayət təhqiqatına məruz qaldığı bildirilib.

– Putin haqqında iki kitabın nəşrinə dəstək üçün eyni oliqarxa bağlı şirkətlərdən Rusiya üzrə aparıcı ekspert hesab edilən nüfuzlu alman jurnalistə 600.000 avro məbləğində açıqlanmayan ödənişlər.

– Roman Abramoviç tərəfindən “Çelsi” futbol klubunun sahibi olduğu müddətdə menecerlərə, skautlara və klub rəsmilərinə mühasibat uçotu və maliyyə fair-play üzrə ciddi futbol qaydalarını pozmuş ola biləcək on milyonlarla ofşor ödənişləri.

– Abramoviç və super-agent Pinhas Zahaviyə 21 gənc futbolçunun karyerasına nəzarət etməyə imkan verən üçüncü tərəf mülkiyyətinə əsaslanan mübahisəli sövdələşmələr.

Gununsesi.info