“Aİ viza rejimini ləğv etməsə, Ankara razılaşmadan imtina edəcək” - XƏBƏRDARLIQ

  • By admin
  • 07 İyun 2016 17:16

 

Europe and Turkey flags

Avropa İttifaqı Türkiyəyə qarşı viza rejimini ləğv etməsə, Ankara o zaman Aİ ilə imzalanan sazişi ləğv edəcək. Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. Nazir deyib ki, Aİ Türkiyəyə qarşı viza rejimi ləğv etməyəcəyi təqdirdə, Türkiyə hökuməti qurumla imzaladığı miqrasiya sazişini pozacaq.

 

Qeyd edək ki, Avropa Parlamentinin Xarici işlər Komitəsində Türkiyə vətəndaşlarına qarşı viza rejiminin ləğv edilməsi müzakirə edilən zaman, avropalı parlamentarilər buna qarşı çıxıblar. Onlar bunu Türkiyənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham ediblər. Türkiyə XİN başçısı isə bu deyilənlərin həqiqətəuyğun olmayan olmadığını bildirib.