Aİ-yə qarşı əsassız rüsumlar cavabsız qalmayacaq

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına 25% rüsum tətbiq etməsi barədə qərarına reaksiya verərək, AB-yə qarşı tətbiq edilən haqsız tariflərin cavabsız qalmayacağını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə o mətbuata verdiyi açıqlamasında bildirib.

Məlum olduğu kimi, 10 fevral tarixində Tramp ABŞ-a polad və alüminium idxalına 25% rüsum tətbiq edib.

Ertəsi gün fon der Leyen bildirib ki, ABŞ-ın bu qərarına “dərin təəssüf” edir və tariflərin vergilər olduğunu, bunun isə “biznes üçün pis, istehlakçılar üçün isə daha pis” olduğunu vurğulayıb.

“AB-yə qarşı haqsız tariflər cavabsız qalmayacaq – onlar sərt və uyğun tədbirlər görməyə səbəb olacaq. AB öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, biznesimizi və istehlakçılarımızı qoruyacağıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, hələ rəsmi açıqlama verilməmişdən əvvəl Avropa Komissiyası Trampın qərarını “qanunsuz və zərərli” adlandırmışdı.

Gununsesi.info