Avropa İttifaqının yeni diplomatiya rəhbəri Kaya Kallas Suriyada hakimiyyət dəyişikliyini dəstəkləyib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Siyasətçi deyib: “Suriya prezidenti Bəşər Əsədin “diktaturasının sonu” “müsbət və çoxdan gözlənilən hadisədir”.
“Bu, həm də Əsəd tərəfdarlarının – Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyin təmin edilməsidir”, – Kallas yazıb.
O, əlavə edib ki, Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcək.
Gununsesi.info