AİB sədrindən boykot çağırışı

  • By admin
  • 20 Sentyabr 2016 16:26
eyyub
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov maraqlı təklif irəli sürüb.
“Gəlin yararsız yerli məhsullarla yanaşı, Azərbaycanı beynəlxalq yığıncaqlarda dəstəkləməyən ölkələrin də mallarını bakyot edək”.
Gununsesi.info xəbər verir ki, AİB sədri Eyub Hüseynov öz Facebook səhifəsində bildirib ki, istehlakı bazarın şahı və əsas oyunçusu olduğundan bu hüquqlarından yararlanmalıdır: “Bizim beynəlxalq və yerli qanunlarla təsbit olunmuş geniş çeşidli hüquqlarımız var.Çox yaxşı haldır ki, Azərbaycan ğlkə ictimaiyyətinə müraciət edərək ictimai nəzarətin zəruriliyini bildirib. Bəs,  biz istehlakçılar necə,  bu çağrışa dəstək verə bilirikmi? Bazarda murdar ətlər, təhlükəli, yararsız  mallar, yarıtmaz xidmətlər biz istehlakçıların gözü qarşısında  və ya qonşuluğunda hazırlanır,təklif olunur və.s. Mən istehlakçıların hüququnu qorumağa çalışan təşkilatın sədri olaraq Siz istehlakçılara müraciət edərək mümkün olanı edib ölkəmizin əmtəə bazarının sağlamlaşdırılması işində fəal olmağa çağırıram”.
AİB sədri əlavə edib ki, biznes qurumları üçün yaradılmış əlverişli vəziyyətdən suı-istifadə edilir,istehlakçılar aldadılır vənəticədə şikayətlər artır. “Hökumət gələcəkdə yaranmış problemlərın həllində ciddi çətinliklə üzləşəcək.  Mən sosial şəbəkə texnolgiyasını yaxşı bilən insanlardan dəstək istəyirəm. Bu problemlərin həllinin ən mükəmməl yolu yararsız malı kütləvı BOYKOT etməkdir. Gəlin köməkləşək buna nail olaq. Haqq-ədalət naminə… Hətta biz əsil vətənpərvər istehlakçı olaraq, ölkəmizi beynəlxalq yığıncaqlarda dəstəkləməyən ölkələrin də mallarını BOYKOT edərək, ölkəmizə siyasi divident də gətirə bilərik”- deyə, E.Hüseynov bildirib.
Gununsesi.info