Yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında sazişin imzalanması planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında dekabrın 7-də Moskvada keçiriləcək danışıqların materiallarında bildirilib.
“Rusiya-İran əlaqələrinin intensivləşməsinə Aİİ və İran arasında azad ticarət sazişinin bağlanması kömək edəcək – danışıqlar uğurla başa çatıb, sənədin imzalanması yaxın vaxtlarda baş tutacaq”, – materiallarda qeyd edilib.
Qeyd edək ki, hazırda Aİİ ölkələri ilə İran arasında 17 may 2018-ci il tarixli müvəqqəti saziş əsasında güzəştli ticarət rejimi fəaliyyət göstərir.
Gununsesi.info