Gəncədə məktəbli sinif yoldaşını bıçaqla qətlə yetirdi. Bu bir cümlədə bir ailənin yox, bir ölkənin faciəsinin əks olunduğunu hələ də çoxları anlamır.
Biz isə bu barədə illər əvvəl deputatlar qanuni oğrunun nəşini daşımasını qürurla mətbuatda tirajlayanda, gəncləri “vor”lara oxşamağa çağıranda yazırdıq.
TV-lər əxlaqsızlığı, oğru dünyasını, əxlaq nə olduğunu bilməyənlərin dəbdəbəli villalarını, həyat tərzini tirajlayanda da deyirdik.
Bu gün ailə, namus, həya, elm nə olduğunu bilməyənlərin mavi ekranlardan cəmiyyətə əxlaq dərsi keçməsi də cəmiyyətin faciəsidir.
Belə davam edərsə bizi daha çox faciələr gözləyəcək.
Aslan İsmayılov
Gununsesi.info