Azərbaycanda adətən, nikah zamanı qadın kişinin soyadına keçir.
Bu, daha çox bir qayda olaraq qəbul edilib.
Bəs görəsən, hüquq bu barədə nə deyir?
Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərov məsələyə aydınlıq gətirib.
O, bu barədə deyib:
“Qeydiyyat haqqında Qanunun 14.3-cü maddəsinə əsasən, qadın istəsə ərinin, istəsə öz soyadını daşıya bilər. Məcburi deyil və o, ər tərəfindən buna məcbur edilə bilməz, şəxsi seçimdir”.
Orxan












