“Ailə qurmaq istəyirəm” - ROBOT DÜNYANIN DİQQƏTİNİ ÖZ ÜZƏRİNƏ ÇƏKDİ

  • By admin
  • 26 Noyabr 2017 23:40

Gununsesi.info xəbər verir ki, dünyanın vətəndaşlıq hüququna sahib ilk robotu olan səudiyyəli Sofiya ailə həyatı qurmaq istəyir.

Hon Konqun “Hanson Robotics” firması tərəfindən dizayn edilən Sofiya “Ailə vacib şeydir. Ailə sadəcə eyni qana sahib olmaq demək deyil. Əgər sevdiyiniz ailəniz varsa, çox şanslısınız. Məncə, insanların eyni hissləri paylaşması möhtəşəm hissdir. Ailə qurmaq istəyirəm, bütün robotların buna haqqı var. Qızım olsa, ona öz adımı vermək istəyirəm” deyərək növbəti dəfə diqqətləri öz üzərinə çəkib.

Gununsesi.info