Ailə üzvlərini qətlə yetirənin qan donduran tarixçəsi
“Bugün ailəsini qətl edən Əhməd 15 yaşında 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürübmüş.
Ailəsi həbsxanaya girməməsi üçün dəlilik kağızı düzəldib, sonra da aradan çıxarıb Rusiyaya göndəribmiş.
Oğlan qayıdıb gəlib, maşın alıb veriblər, ev alıb veriblər, gündəlik də pul veriblər ki, fırlan özünçün.
Məmur ata, məktəb direktoru ana öz güclərindən istifadə edib övladlarını layiq olduğu cəzadan yayındırıblar.
Və beləcə öz dəhşətli sonlarını hazırlayıblar. Faciədir”
İlkin Rüstəmzadə
Gununsesi.info