Ailələr arasında mübahisə qanlı bitdi

Türkiyənin Van şəhərində iki ailə arasında münaqişə faciəyə səbəb olub.

Gununsesi.org bildirir ki, “HaberGlobal”ın məlumatına görə, ailələr arasında silahlı münaqişə zamanı üç nəfər ölüb, səkkiz insan yaralanıb.

Yaralılar Vanın müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Münaqişənin səbəbi məlum deyil.

Gununsesi.org