Ailəsi ilə dalaşdı, özünü qayadan atdı- QUBADA QORXUNC OLAY

Ailəsi ilə dalaşdı, özünü qayadan atdı

Qubada yaşlı kişi özünü qayadan atıb.
Gununsesi.info trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Rəşidov Abgül Mürşüd oğlu münaqişə zəminində kənd ərazisindəki yüksəkdə yerləşən qayaya çıxıb və oradan özünü atıb.
A.Rəşidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Gununsesi.info

COMMENTS