Ailəsi səfirin qatilinin cəsədinə sahib çıxmır

  • By admin
  • 22 Dekabr 2016 20:57

o

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan qatil polis Mevlüt Mert Altıntaşın 6 ailə üzvü sərbəst buraxıldıqdan sonra yoxa çıxıb.

Gununsesi.info “Hurriyet”ə istinadən xəbər verir ki, sui-qəsdçinin cəsədini almaq üçün ailə üzvlərindən heç kim müraciət etməyib.

Altıntaşın harada dəfn olunacağı da məlum deyil.

“Anadolu” agentliyinin xəbərinə görə, Ankara Cumhuriyyət Baş Prokurorluğunda səfirin öldürülməsiylə bağlı başladılan istintaq zamanı M.M. Altıntaşın vəzifəsindən kənarlaşdırılan dostu, komissar A.K. İstanbulda saxlanılıb.

 

Gununsesi.info