Ailəsi Polad Həşimovun şəhadətə ucaldığı postu ilk dəfə ziyarət etdi – VİDEO

Bu gün ilk dəfə olaraq ailəsi general-mayor Polad Həşimovun şəhadətə ucaldığı postu ziyarət edib.

Ziyarətdə Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova və oğlanları – Davud və Teymur, Müdafiə Nazirliyinin nümayəndələri və ”Xəzər Xəbər”in çəkiliş qrupu iştirak edib.

Postda şəhid generalımızın və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhid generalın Tovuz döyüşləri zamanı xidmət etdiyi yerlər ziyarət edilib, eyni zamanda, tapşırıqları əsasında dağıdılan düşmən mövqeləri izlənilib.

Həmçinin şəhid generalımızın xanımı ön xətdə xidmət edən hərbçilərlə görüşüb. Onlara xidmətdə möhkəm olmağı arzu edib. Ofeliya Həşimova həyat yoldaşı ilə qürur duyduğunu və onunla bərabər şəhid olan 11 hərbçimizin qisasının Vətən müharibəsində alındığını deyib. Torpaqlarımızın işğaldan azad edilməsinin şəhid ailələri üçün tək təsəlli və qürur mənbəyi olduğunu bildirib.

Şəhid generalın oğlu da atası kimi mərdanə danışaraq düşmənə elə ön xəttə meydan oxuyub.

Şəhid generalımızın ailəsinə bu postun ləyaqətlə qorunacağına və burada Polad Həşimovun xatirəsinin daim əziz tutulacağına dair şərəf sözü verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: