

“Air Astana” Bakı ilə Qazaxıstan şəhərləri arasında uçuşlara aviabiletlərin qiymətini ucuzlaşdırdı
Qazaxıstanın milli aviaşirkəti “Air Astana” noyabr ayında Bakı ilə Qazaxıstan şəhərləri arasında aviareyslərin uçuşların qiymətini aşağı salıb.
Gununsesi.info xəbər verir ki, bunu “Air Astana” aviaşirkətininBakı ofisinin rəhbəri Daken Şemet deyib.
Onun sözlərinə görə, “Air Astana” Bakıdan Almatı və Astanaya həftədə 3 dəfə uçuşlar həyata keçirir. “Digər şəhərlərə uçuşlar isə bu iki şəhər üzərindən həyata keçirilir”.
Şirkətin nümayəndəsi bildirdi ki, aviaşirkət biletlərin qiymətini 10 faiz ucuzlaşdrıb.
2017-ci ildə Azərbaycandan Qazaxstana turistlərin sayını artacağını dilə gətirən aviaşirkət nümayəndəsi bildirdi ki, bu məqsədlə reyslərin sayının artacağını da istisna deyil. “Bundan əlavə olaraq Qazaxıstanda baş tutacaq beynəlxalq səviyyəli sərgilərlə bağlı reyslərin sayının artırılması imkanı hazırda nəzərdən keçirilir”- deyə, D.Şemet bildirib.
Mürtəza
Gununsesi.info