“Air Canada Express”in təyyarəsi yanğın səbəbindən tərk etdiyi hava limanına qayıdıb

  • By admin
  • 18 Fevral 2018 10:16


“Air Canada Express” aviaşirkətinə məxsus təyyarə yanğın səbəbindən Saskatun şəhərində tərk etdiyi hava limanına qayıtmalı olub.

Trend-in CTV News telekanalına istinadən verdiyi məlumata əsasən, təyyarənin sol tüstü borusunda alov müşahidə olunub.

Təyyarə Kanadanın Kalqari şəhərinə yollanırdı. Bütün sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdu.

Gununsesi.info