Ajda Pekkan mətbəx fotosu ilə hamını belə aldatdı

  • By admin
  • 08 Noyabr 2017 21:33


İnstaqramda paylaşdığı mətbəx pozu ilə gündəm olan müğənni Ajda Pekkanın yalanı üzə çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı sənətçinin daha əvvəl çəkilmiş bir şəkli sosial mediada yayılıb. Fotoda Ajdanın təbii ayaqları diqqət çəkib.

Şəkli görən izləyicilər ifaçının mətbəx pozunda ya fotoşopdan istifadə etdiyini, ya da silikonlu alt paltarı geyindiyini qeyd ediblər.

Xatırladaq ki, ötən gün Pekkan hesabında mətbəxdə verdiyi pozla hər kəsi heyran edib. Onun qüsursuz bədən quruluşu tərif atəşinə tutulub. Paylaşım 1 saatda 30 min nəfər tərəfindən bəyənilib.

 

Gununsesi.info