Ajda Pekkan zorla məhkəməyə gətirilib

  • By admin
  • 12 Noyabr 2016 18:34

ajda

Türkiyənin məşhur sənətçisi Ajda Pekkan öz villasını 2009-cu ildə iş adamı Edip Şakruya 3,7 milyon dollara satmışdı. Həmin villaya qanundankənar dəyişiklik edilmişdi. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən mülkün keçmiş sahib Ajda Pekkan və iş adamı Edip Şakru barəsində “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma qanunu”na zidd dəyişikliklər edilməsi haqqında məhkəmə prosesi başlamışdı. Lakin müğənni keçirilmiş 4 məhkəmə prosesinin heç birində iştirak etməyərək vəkili vasitəsilə sağlamlıq haqqında arayış təqdim etmişdi. Ajda Pekkan 5-ci dəfə də qatılmadıqda, onun zorla gətirilməsinə qərar verilib. Qərarı verən hakim sənətçinin vəkilinə bildirib ki, digər vətəndaşlar kimi Ajda xanım da məhkəmə proseslərində iştirak etməlidir.

Nigar Cəfərli

Gununsesi.info