AK Partiya sözçüsündən SENSASİON AÇIQLAMA: ABŞ Türkiyəyə Azərbaycanla bağlı şərt irəli sürüb

  • By admin
  • 28 Noyabr 2023 10:06

Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik sensasion açıqlama verib.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, partiya sözçüsü ABŞ -ın Azərbaycanla bağlı Türkiyə qarşısında şərt irəli sürdüyünü deyib.

“ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib. Vaşinqton bu tələbin yerinə yetirilməsini F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürüb”, – deyə o bildirib.

Gununsesi.info