AK Partiyanun İstanbul sədri: Seçki gecəsi heç bir qarışıqlıq olmaz

  • By admin
  • 12 May 2023 19:07

Türkiyədə 14 mayda keçiriləcək siyasi seçkilər dünya mətbuatının gündəmindədir.

Gununsesi.info xəbər verir ki, “BBC Türkcə” AK Partiyanın İstanbul sədrindən açıqlama alıb.

Sədr Osman Nuri Kabaktepe Ərzurumda Əkrəm İmamoğluna edilən hücumları qınayıb, həm də AK Partiyalılara hücum edildiyini iddia etdiyi Qaziantep şəhərində yaşananları da tənqid edib.

AKP İstanbul sədri Kılıçdaroğlunun PKK Terror Təşkilatı tərəfindən “dəstəkləndiyini” dilə gətirib.

Kabaktepe İstanbuldakı hədəflərinin millət vəkilləri təmsilçilərinin yarısını qazanmaq olduğunu bildirib.

İstanbul sədri Kabaktepe 14 may gecəsi ölkədə heç bir qarışıqlıq olmayacağını söyləyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info