Akademik Opera və Balet Teatrının gənc solisti beynəlxalq tədbirə dəvət alıb

  • By admin
  • 06 Sentyabr 2016 14:26

balerina

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək III Beynəlxalq balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Teatrın mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, müsabiqədə gənc solist “Qu gölü”, “Don Kixot”, “Yatmış gözəl”, “Bayaderka” kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək.

Qeyd edək ki, C. Kərimova teatrda 2011-ci ildən çalışır.

Hazırda Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alan C. Kərimova Prezident mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-pri mükafatının sahibidir.

Gununsesi.info