Akademiya elmi problemlərlə yox, təhsil məsələləri ilə məşğul olurdu - ŞAHLAR ƏSGƏROV

  • By admin
  • 29 İyul 2022 13:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ləğvi və gələcəyi barədə prezident İlham Əliyevin imzaladığı fərman elm-təhsil ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Uzun illər Milli Məclisin Elm, Təhsil Komitəsinin sədri olmuş professor Şahlar Əsgərov Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.

 

– Şahlar müəllim, əvvəlcə istərdik ki, ölkə rəhbərinin AMEA ilə bağlı fərmanını şərh edəsiniz.  Necə hesab edirsiniz, AMEA-nın qocaldığı və günün reallıqlarına cavab vermədiyi barədə iddialar bu fərmanla təsdiqini tapdımı?

– Elm qocalmamalıdır, həmişə cavan qalmalıdır. Qocalan elm sahəsini yeni elm sahələri əvəz etməlidir ki, elm qocalmasın. Yeni elm sahəsinin parlaq nümayəndələri elmin başına gətirilərsə, elm qocalmaz. Maddi nemətlər istehsalında elmin payı yoxdur, intellektual məhsul istehsalı yoxdur. Gənclər elmə gəlmirlər. Ciddi kadr böhranı var. Ona görə də hesab edirən ki, AMEA-da islahata ehtiyac böyük idi. Yaxşı ki, struktur dəyşiliklik baş verdi.

– Bəs, bu dəyişikliyin əhəmiyyəti nədən ibarətdir?

Struktur dəyişikliyinin əhəmiyyəti çox böyükdür. Dünyanın ən ucuz bərk cismi olan kömür də, ən bahalı daşı olan almaz da eyni karbon atomlarından təşkil olunub. Onlar arasındakı fərq yalnız quruluşdadır, karbon atomunun düzülüşündədir. Demək istəyirəm ki, AMEA-da struktur dəyişikliyi aparmaqla onu almaz kimi qiymətli hala gətirmək mümkündür. Necə ki, israillilər buna nail oldular.

Burada vacib məsələ  alim əməyini, digər peşə sahiblərinin əməyindən fərqəndirməyi bacarmaq lazımdır.Bunu bacarmaq üçün müdrüklər məsləhət görürlər: “Anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv fikirlərdən qurtulacaqsınız”.

 

Bilik nədir, elmi nəticə nədir, elm ilə təhsilin fərqli cəhətləri nədir? Bu suallar dəqiq cavab istəyir.

-Mənim düşüncəmə görə alim o kəsdir ki,hər günün 24 saatı elm ilə məşğul olurlar. Amma biz bu insanları məmurlaşdırmışıq. Tələb etmişik ki, gündə 8-10 saat akademiyada məmur kimi  işləsin.   Həmişə çalışmaq lazımdır ki, alim məmur olmasın. O, öz vəzifəsini yerinə yetirməlidir. Alimlərə vaxt məhdudiyyəti qoyulmamalı, onlara məmur kimi yanaşılmamlıdır. 

Onun işdə nə zaman olub-olmamasının elmi inkişafa heç bir dəxli azdır. Məmura məmur maaşı, alimə alim maaşı vermək lazımdır.

 O, alimləri çərçivəyə salaraq onların müəyyən saatlarda işləməsini tələb etmək çətindir. 

Elm azadlığı sevən sahədir və alim də elmin subyekti olduğu üçün o, da azadlıq sevərdı.  Hesab edirəm ki, “alim kimdir, alimin məmurdan fərqi nədir” sualarına düzgün cavab versək, çox problemlər həllin tapar.

– Bir müddət əvvəl də Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı fikirləriniz mətbuatda yayılmışdı. AMEAnın fəaliyyətində Sizi qane etməyən nədir?

Dövlət elmə və təhsilə ona görə dəstək verir ki, iqtisadiyyat inkişaf etsin və güzaran yaxşılaşsın. Məlumdur ki, dünyada elmə xərclənən hər manat 4-5 ildən sonra bir neçə dəfə çox gəlir gətirir, amma bizdə bu baş vermir. Elmə xərclənən pul geri dönmür. Elmin potensialından istifadə edə bilmirik. Bu səbəbdən də həm elm, həm də alim gözümüz qarşısında günbəgün qiymətdən düşür. Alimlər bir-biri ilə “hacı, necəsən?” deyərək, hal-əhval tuturlar. Sanki, elm qocalıb əldən düşüb. Ancaq elm həmişəcavan fenomendir. İstəmirəm ki, bizim elm təqaüdə çıxan qocaya bənzəsin. Hesab edirəm ki, AMEA-nın bugünkü fəaliyyəti yeni dövrün tələblərinə və çağırışlarına cavab vermir. Bu, sovetdən qalan, vaxtında öz məqsədinə yaxşı qulluq etmiş bir qurumdur. İndi başqa zamandır. Azərbaycan elminin strukturu, forması, fəlsəfəsi, siyasəti, məzmunu yeni quruluşun tələbinə, ruhuna uygun formalaşmalıdır. Elm sferasının hər sahəsində dəyişikliyə ehtiyac var. SSRİ tərkibindəki və bugünkü AMEA forma və məzmunca eyni olmamalıdır. Çünki, keçmiş dövlət totalitar dövlət idi. Bu gün yaşadığımız dövlət isə liberal-demokratikdir. Totalitar quruluşda akademiya müstəqil qurum kimi uğurlu fəaliyyət göstərirdi. İndi bu cür fəaliyyət faydasızdır. Yeni quruluşda akademiyanın strukturu yerini düzgün tapmalıdır. Bu səbəbdən də çox şey dəyişməlidir. Kadr seçiminə və təyinatına baxış kardinal şəkildə dəyişməlidir. Elm və siyasət tənzimlənməlidir. Elmin prioritet sahələri yenidən müəyyənləşməlidir. Elmin məqsədi, elmi istiqamətlər və onların aktuallığına yenidən baxılmalıdır. Aktuallıq baxımından fundamental elmlər, texniki elmlər, kənd təsərüfatı, tibb elmləri yenidən sıralanmalıdır. Bunların fərqinə varmaq lazımdır. İmperiya üçün elmin hər sahəsi, hər istiqaməti aktual idi, ancaq bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri aktualdır. Biz qlobal yox, lokal aktuallığa diqqət verməliyik. – Akademiyanın strukturunu dəyişməklə nəyisə dəyişmək mümkündürmü?

 

Pərviz Həşimli

Gununsesi.info