Akademiyada işçilərin sayı azaldıldı

  • By admin
  • 04 Oktyabr 2022 12:38

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni strukturla işçilərin say həddi azaldılıb.

Gununsesi.info Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, qurumun ümumi işçi sayı əvvəlki əməkdaş sayının üçdə biri qədərdir:

“Bu balans, həmçinin rəyasət heyətinin say tərkibində də eynidir. AMEA Respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən və buna müvafiq qərarlar çıxaran orqandır”.

Azərbaycan Milli Elmlər Akademiyasında strukturun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından irəli gələn vəzifələr həyata keçirilir.

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Gununsesi.info