Akar Azərbaycanla hərbi təlimlərdən danışdı

  • By admin
  • 18 Sentyabr 2021 17:52

Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: “Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir”.

Gununsesi.info