Akar Ermənistanla bağlı xüsusi nümayəndə ilə görüşdü

  • By admin
  • 10 Yanvar 2022 17:34

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistanla münasibətlərin normallaşması üçün ölkəsi tərəfindən təyin edilən xüsusi nümayəndə Serdar Kılıçla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz rəsmi tviter hesabında paylaşıb.

Xatırladaq ki, Türkiyə və Ermənistan iki ölkə arasında münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin ediblər. Sözügedən xüsusi nümayəndələr Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

 

Gununsesi.info