
CXP Yalova millət vəkili, partiyanın genəl başqanlığına sabiq namizəd Muharrem İncə 15 iyul dövlət çevrilişinə cəhdin birinci ildönümündə sərt açıqlama ilə çıxış edib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, sosial medaia hesabı üzərindən yaydığı açıqlamasında “Darbeyə Allahın lütfü deyənlər darbeni və darbedən dərhal sonra elan edilən “OHAL”-ı fürsətə dönüşdürüb, hüquqsuzluq etməyə davam edirlər” -deyib.
TBMM “Darbe Araşdırma Komisyonu”nu da sərt ifadələrlə tənqid edən İncə “Darbe cəhdinin üzərindən 1 il keçdi, Məclisdə qurulan komisyona Genəl Kurmay Başqanı və MİT Müsteşarı gəlməyə cəsarət etmədilər. Komisyonda görüşülməyən-müzakirə edilməyən “korsan hesabat”la CXP-ni suçlayırlar. Bunun adı azgınlıqdır, bunun adı arsızlıqdır, bunun adı utanmazlıqdır” – deyə, bildirib.
KAMİL
Gununsesi.info