Akar Türkiyə vətəndaşlarının təxliyəsindən danışdı

  • By admin
  • 13 Aprel 2022 13:34

“Rusiya və Ukrayna müdafiə nazirləri ilə təmaslarımız davam edir”.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsiz təxliyəsi üçün əllərindən gələni edirlər. “Bu mövzuda qarşıdakı günlərdə irəliləyişlər gözləyirik. Ukraynadakı humanitar durum son vaxtlar pisləşib. Ərazilərin bir hissəsi Rusiyanın, bir hissəsi isə Ukraynanın nəzarəti altındadır. Mülki şəxsləri təxliyə etmək üçün hər cür hazırlığı görmüşük. Nəticə etibarə ilə biz humanitar baxımdan lazım olanları etmək üçün səy göstəririk”.

Gununsesi.info