Akar Zakir Həsənova başsağlığı verdi

  • By admin
  • 15 Aprel 2023 20:18

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akar Ermənistan təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin şəhid olması ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verib.

“Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir yerdədir. İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Gununsesi.info