Akardan Ermənistana və region ölkələrinə SƏRT MESAJ

  • By admin
  • 15 Sentyabr 2021 15:00

“Azərbaycana qarşı edilən təhdidləri bizə qarşı təhdid olaraq qəbul edirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri Zakir Həsənovla birlikdə Konyadakı 3-cü aviabazada keçirilən “TurAz Şahini-2021” hərbi hava təlimlərində çıxışı zamanı deyib.

Akar qeyd edib ki, heç vaxt başqa ölkələrin sərhədlərinə müdaxilə etmək niyyətləri olmayıb: “Lakin nə quruda, dənizdə, nə də havada özümüzün və qardaşlarımızın haqqının tapdanmasına icazə vermərik. Bu uğurlu təlimlər bizi izləyən düşmən gözləri qorxudur, dost və qardaşlarımızı sevindirir”.

Gununsesi.info