Akardan Qara dənizdəki minalarla bağlı KRİTİK AÇIQLAMA

  • By admin
  • 10 Aprel 2022 14:30

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qara dənizdə təhlükə yaradan minaların Türkiyəyə təzyiq etmək üçün qəsdən buraxılmış ola biləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, Montrö anlaşmasına sadiq qalacaqlarını vurğulayan Akar “Qara dənizin müharibəyə cəlb edilməsinə icazə verməyəcəyik” deyib.

“Qara dənizdə tapılan minalar Rusiya istehsalıdır, lakin biz onları hansı ölkənin buraxdığını bilmirik. Mətbuatda 400-ə yaxın minanın olduğu haqda məlumatlar var, amma bu, tam müəmmadır. Biz sayı bilmirik. Biz araşdırırıq. Bolqarıstan və Rumıniya hakimiyyəti ilə danışdıq, onlar da yoxlama işləri aparırlar. Ola bilər ki, bu minalar NATO-nun minaaxtaran gəmilərinin Qara dənizə girməsi planı çərçivəsində qalıb. Bizə təzyiq etmək üçün bəlkə də. Amma biz Montrö sazişinin qaydalarına əməl edəcəyik və hərbi gəmiləri Qara dənizə buraxmayacağıq. Əlbəttə ki, Qara dənizdə müharibə istəmirik” – Akar əlavə edib.

Gununsesi.info